Müsəlmanlar

Uşağa Ayla adı qoymaq olar?

Sual: Mənim Ayla adlı bir qızım var. Mənə deyirlər ki, bu ad dini bir ad deyil, o biri dünyada əzab çəkəcəksən. Bu düzdür?

Cavab: Ayla halə deməkdir. Yəni, bəzi vaxtlarda günəşin və ayın ətrafında yaranan işıqlı halqa, bir növ nur dairəciyi deməkdir. Uşağınıza belə bir ad qoymağınızın bir eybi yoxdur. Buna görə axirətdə əzab çəkməzsiniz.

Uşağa dini cəhətdən münasib olmayan, mənası din və tövhid inancına zidd olan adları qoymaq olmaz. Ayla adı bu kimi adlardan biri deyil.