Müsəlmanlar

Kişi öldü. Anası, arvadı, bir oğlu və iki qızı qaldı. Miras necə bölüşdürülməlidir?

Sual: Bir kişi ölüb. Anası, arvadı, 1 oğlu və 2 qızı qalıb. Kişinin qoyub getdiyi mirası varislərin arasında dini cəhətdən nə cür bölüşdürmək lazımdır? Bir də oğlan (ölən adamın oğlu) özü razıdırsa, mirası bərabər qaydada bölmək olar?

Mirası 192 hissəyə bölmək lazımdır. Bu hissələrin səkkizdə birini – 24 payı ölən kişinin arvadına vermək lazımdır. Yerdə 168 pay qalır. Bunun da altıda birini – 28 hissəsini anaya (ölənin anasına) vermək lazımdır. Yerdə qalan 140 hissəni 4 yerə bölmək lazımdır. Qızların hərəsinə 35 hissə, oğlana isə yerdə qalan 70 pay verilməlidir.

Allah Təala mirasla əlaqədar ayələrdə belə buyurduğuna görə miras əvvəlcə bu cür bölüşdürülməlidir. Sonra kim kimə nə istəyirsə, pay verə bilər.

Mirasla əlaqəli digər sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

Dini Elmi Sayt