Müsəlmanlar
Nur sözü ancaq Allaha məxsus bir addır?

Nur sözü ancaq Allaha məxsus bir addır?

Sual: Mənim qızımın adı Nurdur. Ancaq Nur surəsinin 35-ci ayəsini oxuduqdan sonra bir qədər tərəddüd etdim. Görəsən, mən qızıma səhv bir ad qoymuşam? Sizin fikrinizcə uşağa Nur adı qoymağın bir eybi var? Yəni, Nur sözü ancaq Allaha məxsus bir addır?

Cavab: Nur sözü Ərəb sözüdür və nəvr kökündən əmələ gəlib. Nəvr sözünün mənası aydın və işıqlı olmaq deməkdir. Nur sözü isə aydınlıq və işıq mənalarını verir. Əlavə olaraq, açıq-aydın olan, əşya və hadisələrin mahiyyətini üzə çıxardıb işıqlandıran şeyə də nur deyilir. Bu söz Allaha aid edildiyi vaxt nur mənbəyi və ya bir sifət kimi nurlandıran, hər şeyi işıqlandıran formasında izah edilir. ((Bekir Topaloğlu, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, “Nur” bəndi, 33-cü cild, s. 243.))

Nur sözü Qurani-Kərimdə Allah haqqında işlədilib. ((Allah göylərin və yerin nurudur (Nur, 24/35).)) Bəzi ayələrdə isə Qurani-Kərim barədə nur deyilir. ((Nisa, 174; Əraf, 7/157.)) Bu söz eyni zamanda bəzi ayələrdə göydəki ay haqqında işlədilib. ((Yunus, 10/5.)) Əksər ayələrdə də Allahın düzgün yolu – hidayət haqqında işlədilib. ((Bəqərə, 2/257; İbrahim, 14/1; Hadid, 57/9.))

Məlum olduğu kimi, nur sözü ancaq Allah haqqında işlədilən adlardan deyil. Buna görə də uşaqlara ad qoymağın bir eybi yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.