Sual: Zinayla məşğul olmadığım halda, başqalarına zina etdiyimi desəm, günaha bataram?
Cavab: Zina etmək bir qadınla arada kəbin olmadan cinsi münasibət qurmaq deməkdir. Zina böyük günahlardan biridir. Yəni, Allahın qəti surətdə qadağan etdiyi iyrənc bir günahdır. Nəinki zina etmək, hətta ona yaxınlaşmaq belə, haram buyurulub. Allah bu barədə belə deyir:
“Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur”. (İsra, 17/32.)
“Onlar Allahla bərabər başqa ilaha dua etməzlər. Haqlı bir səbəb olmadan Allahın toxunulmaz etdiyi cana qıyıb öldürməzlər, zina etməzlər. Kim bunları etsə, günaha batar. Qiyamət günündə onun əzabı qat-qat olur və orada etibarsız olaraq əbədi qalır”. (Furqan, 25/68.)
Görmədiyiniz bir işi demək yalan danışmaqdır. Bu da öz növbəsində günahdır. Görəsən, sizi görmədiyiniz bir işi gördüyünüzü deməyə vadar edən səbəb nədir? Üstəlik bu, Allahın haram etdiyi və “pis bir iş və çox pis bir yol” kimi damğa vurduğu böyük bir günahı etmədiyiniz halda, həmin murdar işi özünüzə yaraşdırmaq deməkdir. Bu da harama yaxın bir günahdır. Əgər bu hərəkəti təkrar edirsinizsə, dərhal tərk etməlisiniz. Bilin ki, o işi görmədiyiniz kimi, eyni zamanda gördüyünüzü də irəli sürməməlisiniz.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.