Müsəlmanlar
Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi?

Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi?

Sual: Cümə namazında bir pişnamaz (imam) xütbə oxuyur, başqa bir imam da namaz qıldırır. Əslində namazı elə xütbə oxuyan adam qıldırmalı deyilmi?

Peyğəmbərin (s. a. v.) və əshabələrin dövründə xütbə oxuyan adam namazı da qıldırırdı. Lakin bunu qadağan edən bir  hökm olmadığına görə indiki dövrdə təsadüf etdiyimiz bu kimi şeylərin caiz olmadığını demək olmaz.