Müsəlmanlar
Hədislərə əsasən insanların ən xeyirlisi kimdir?

Hədislərə əsasən insanların ən xeyirlisi kimdir?

Sual: Bəzi hədislərdə deyilir ki, sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir, sizin ən xeyirliniz gözəl əxlaqa malik olandır. Belə olan halda, ən xeyirli olan kimdir?

Sizin haqqında danışdığınız hədisləri qiymətləndirən hədis alimləri bu hədislərin peyğəmbərdən (s. a. v.) sual soruşan insanların öz vəziyyətlərinə əsasən verilən cavablar olduğunu deyiblər. Misal üçün, peyğəmbər ata-anası ilə dolanmayan bir əshabəyə: “Sizin ən xeyirliniz ana və atası ilə yaxşı rəftar edəninizdir” – demiş, namazlarını vaxtında qılmayan bir əshabəyə: “Sizin ən xeyirliləriniz namazlarını vaxtında qılanlardır”, əxlaqında xoşagəlməz cəhət olan bir nəfərə isə: “Sizin ən xeyirliləriniz əxlaq baxımından ən gözəl olanlarınızdır” – deməklə bir-birindən fərqlənən cavablar vermişdir.