Müsəlmanlar

Pomada orucu pozur?

Sual: Dodağa sürtülən pomada orucu batil edir?

Cavab: Oruc yemək, içmək və cinsi əlaqəyə girməklə batil olur. Bəqərə surəsinin 187-ci ayəsində belə deyilir:

“Bunlar Allahın qoyduğu hədlərdir, onlara yaxınlaşmayın”.

Dodaqlara vurulan pomada həmin hədlərə yaxınlaşmaq deməkdir. Çünki pomadanın tüpürcəklə qarışıb boğazdan aşağı getmək ehtimalı var. Lakin, pomada yemək-içmək cinsindən bir şey olmadığı üçün orucu batıl etməsə də məkruh sayılır, yəni, xoş olmayan bir şeydir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.