Müsəlmanlar

Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi?

Sual: Muhəmməd peyğəmbər iftar açdıqdan sonra nə cür dua edirdi?

Cavab: Muaz ibn Zuhrə isnad baxımından peyğəmbərə (s. a. v.) qədər çatdırdığı rəvayətində peyğəmbərin (s. a. v.) iftar etdiyi vaxt belə dediyini xəbər vermişdir:

“Ey Allahım! Sənin üçün oruc tutdum və sənin ruzinlə orucumu açıram”. ((Əbu Davud, Savm, 22.))

Darəqutni və Təbəraninin Əl-Mucəmul-Kəbir əsərində İbn Abbasdan nəql etdikləri xəbər aşağıdakı kimidir:

“Rəsulullah (s. a. v.) iftar etdiyi vaxt: “Ey Allahım, sənin üçün oruc tutduq, sənin ruzinlə orucumuzu açırıq. Onu bizdən qəbul et. Sən eşidən və bilənsən”, – deyərdi.

İbnus-Sünni Muaz ibn Zuhrədən belə nəql edib:

“Rəsulullah (s. a. v.): “Allaha həmd edirəm. O mənə kömək etdi. Oruc tutdum, ruzi verdi, iftar etdim”, – deyərdi.

Abdullah ibn Əmr ibn Əl-Asdan da peyğəmbərin (s. a. v.) belə dediyi rəvayət olunub:

“Oruclunun iftar vaxtı duası budur: “Allahım, Səndən hər şeyi əhatə edən rəhmətinlə günahlarımı bağışlamağını diləyirəm”.

Hənəfilərin iftar zamanı oxuduqları dua belədir:

“Allahım, sənin rizan üçün oruc tutdum, Sənə iman gətirdim, Sənə arxalandım, Sənin ruzinlə orucumu açıram. Ramazan ayının səhəri gününün orucuna da niyyət etdim. Artıq mənim keçmiş və gələcək günahlarımı bağışla”.

Şafiilərin fikrincə: “Allahım, sənin üçün oruc tutdum və sənin ruzinlə orucumu açıram”, – deyərək dua etmək müstəhəbdir. ((Sünəni Əbu Davud Tərcümə və Şərhi, Hüseyin Kayapınar, Necati Yeniel, Necat Akdeniz, Şamil nəşriyyatı, Oruc bəhsi, 22-ci bab.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.