Sual: Qulağı birdən çox yerdən deşdirmək dini cəhətdən düzgündür?
Qadınların sırğa taxmaq üçün qulaqlarını deşdirməkləri bəzi alimlər tərəfindən düzgün hesab edilməsə də, ümumən caiz hesab olunub. Lakin qulağı bir neçə yerdən deşdirmək xilqəti (yaradılış) dəyişdirmək cəhdi kimi qiymətləndirilə bilər. Buna görə də böyük bir ehtimala əsasən məkruhdur. Bunun əvəzinə qulağı deşmədən taxıla bilən sırğalara üstünlük verilməlidir.