Müsəlmanlar
Peyğəmbərlərin hamısı çobanlıq ediblər?

Peyğəmbərlərin hamısı çobanlıq ediblər?

Sual: “Elə bir peyğəmbər yoxdur ki, həyatı boyu çobanlıqla məşğul olmuş olmasın” hədisi səhih (mötəbər, düzgün) hədisdir? Əgər düzgündürsə, hökmdar olan Davud və Süleyman peyğəmbərlər də çobanlıq ediblər?

Cavab: Əbu Hüreyrədən (r. a.) nəql olunan bir hədisə əsasən Muhəmməd peyğəmbər (s. a. v.) belə buyurub:

“Allah Təala elə bir peyğəmbər göndərməyib ki, davar çobanlığı etməmiş olsun”.

Bu sözün üstündən əsabələr soruşdular ki, sən də çobanlıq etmisənmi ey peyğəmbər?

Peyğəmbərimiz: “Bəli, mən də Məkkə əhalisi üçün qərarit hesabı ilə (müəyən məbləğ müqabilində) qoyun otarırdım”, – deyə cavab verdi. ((Buxari, İcarə, 2.))

Məlum olduğu kimi, bu hədis Buxarinin külliyatında mövcuddur; yəni, səhih hədisdir. Hədisdə hər hansı bir peyğəmbərin bu məsələdə istisna təşkil etdiyinə dair bir qeyd yoxdur. Hətta Buxarinin nəql etdiyi hədisləri şərh edən İbn Həcərin Fəthul-Bari adlı əsərində Nəsaiyə əsasən təqdim olunan bir rəvayətdə açıq-aydın surətdə bildirilib ki, Musa və Davud peyğəmbər də çobanlıq ediblər. ((İbn Həcər, Fəthul-Bari, 10-cu cild, “Kitabul-İcarə”, ikinci bab, 2262-ci hədisin şərhi.))

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.