Müsəlmanlar
Kəbəni görən insana Həcc ziyarəti vacib olur?

Kəbəni görən insana Həcc ziyarəti vacib olur?

Sual: Deyilənə görə ömrə ziyarəti edənlərə həcc vacib olur. Bu düzdür? Sırf Kəbəni gördüyünə görə insana həcc vacib olur?

Həcc ibadəti lazımi şərtləri yerinə yetirə bilən hər bir müsəlmana vacibdir. Quranda belə deyilir:

“Ona tərəf yol tapa bilənlərin Kəbəni həcc etməkləri Allahın insanların üzərində haqqıdır” (Ali-İmran, 3/97).

Oraya yol tapa bilənlər həcc günlərində orada olanlardır. Ömrə ziyarətinə gedənlər həmin günlərdə orada olmadıqlarına görə həcc onlara vacib olmur.