Müsəlmanlar
Həccə görə toyu gecikdirmək

Həccə görə toyu gecikdirmək

Sual: Mənim 25 yaşım var. Müəlliməm. Subayam və tək yaşayıram. Son vaxtlarda evlənmək barədə fikirləşirəm. Evlənəcəyim insanla lazımi şərtləri yerinə yetirdik. Lakin qızın ailəsi bu il də qızlarını ərə vermək istəmirlər, həccə getmək istəyirlər. Bir ailənin ərə getməli olan bir qızı olduğu halda, həccə getməyi düzgündür? Bu məsələ dini cəhətdən necə qiymətləndirilir? Qızın ailəsi həccə getməyi bir il təxirə salsa, daha münasib olmaz?

Cavab: Bir müsəlman subay olan qızını evləndirəcəyinə görə ona vacib olan həcc ibadətini təxirə sala bilməz. Lakin həccə getdikləri üçün qızlarını ərə verməyi də gecikdirə bilməzlər. Bu məsələlərin biri digərindən asılı deyil. Başqa sözlə, bunların ikisini də bu il yerinə yetirmək lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.