Sual: Borclarımı ödəmək üçün lotereya, variant vermək, loto və sairə kimi oyunları oynaya bilərəm? Belə bir şey dini cəhətdən düzgündür?
Cavab: Bəxt oyunları haramdır. Borclarınızı ödəmək üçün haram əməllərə üz tutmamalısınız. Allah Təala Qurani-Kərimin İnşirah surəsində belə deyir:
“Hər çətinliyin yanında bir asanlıq (rahatlıq) var.
Bəli, hər çətinliyin yanında şübhəsiz ki, bir asanlıq da var.
Bir işi qurtardığın vaxt başqa bir işə qurşan.
Nə gözləsən, ancaq Rəbbindən gözlə”. (İnşirah, 94/5-8)
Bu ayələrə əsasən həmişə işləməli, çalışıb vuruşmalı, bir işi qurtardıqda başqa bir işə başlamalı və ancaq və ancaq Allaha arxalanmalıyıq. Əgər biz bu buyuruqlara tabe olsaq, Allah da bizim işimizi asanlaşdırar. Allah Özü bu barədə müjdə verib.
Qısa desək, qətiyyən haram əməllərə üz tutmayın. Səbrli olun və çox işləyin. Bununla yanaşı, bu çətin vəziyyəti asanlaşdırmağı üçün Allaha dua edin.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.