Müsəlmanlar

Səfər ayında qurulan ailələrin ömrü qısa olur?

Sual: Deyilənə görə Səfər ayında dini kəbin və rəsmi nikah kəsdirmək düzgün deyil. Dində belə bir şey var? Deyirlər ki, bu ayda evlənənlərin evliliyindən xeyir gəlməz. Qurani-Kərimdə bununla əlaqədar bir şey var?

Cavab: Səfər ayının uğursuz bir ay olduğuna dair deyilən sözlərin hamısının mənbəyi Cahiliyyə dövrüdür. Yəni, belə şeylər o vaxtdan qalıb. Bunlar batil inanclardır və İslam dinində heç bir yeri yoxdur.

“Səfər ayı Cahiliyyə dövründə uğursuz bir ay kimi qəbul oldunduğuna görə həmin ayda ömrə ziyarətinə getmək böyük günahlardan hesab edilirdi. Bu ayda qurulan ailələrin ömrünün az olacağı və başlanan işlərin nəticə verməyəcəyinə və yaxud da pis qurtaracağına dair batil inanclar İslamda da varlığını davam etdirib. Hətta bu barədə uydurma rəvayətlər də vardır.

Nəticə etibarilə, belə bir iddia irəli sürənlər həm Allaha həm də elçisinə iftira edir və bu cür batil inancların nə Quranda nə də dinimizdə hər hansı bir yeri yoxdur.

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Məhərrəmliyə məxsus qadağalar varmı?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.