Sual: Mənim atam dayımın banka olan borclarını ödəmək üçün öz adına kredit götürdü. Yəni, atam krediti öz adına götürdü amma bunu dayımın xətrinə etdi. Məlumdur ki, faiz almaq da, vermək də haramdır. Belə olan halda, bunun günahı atama yazılır, yoxsa dayıma?
Cavab: Krediti götürən atanız olduğuna görə günah ona yazılır. O, gördüyü işə görə tövbə etməli və bir də belə bir işə girişməməlidir.
“Kim yaxşı bir işə vasitəçilik etsə, ona o işin savabından bir pay düşür. Kim də pis bir işə baiskar olsa, ona o pislikdən bir pay var. Allah hər şeyin əvəzini verir”. (Nisa, 4/85)
“Yaxşılıqda və pislikdən çəkinməkdə (təqvada) köməkləşin. Günah etmək və həddi aşmaqda (düşmənçilikdə) bir-birinizə kömək etməyin”. (Maidə, 5/2)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.