Müsəlmanlar
Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır?

Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır?

Sual: Məkkə və Mədinə şəhərlərində qılınan namazlarda rüku və səcdələrlə Türkiyədə qılınan namazlar arasında çox böyük fərq var. Bizdəki namazlarda təsbihatın sayı ən çox 3-5 olduğu halda, onlarda 20-30-a qədər gedib çıxır. Bunun düzgün olanı nədir?

Cavab: Namazda əsas məsələ peyğəmbərimizin (s. a. v.) həyata keçirdiklərinə əməl etməkdir. Çünki o, belə demişdir:

“Mənim necə namaz qıldığımı gördünüzsə, o cür namaz qılın”. ((Buxari, Azan, 18.))

Hədis kitablarında bu məsələ ilə əlaqədar olan rəvayətlərə əsasən peyğəmbər rüku və səcdələrdə həmişə eyni təsbihatı demirdi. Buna görə də rükusu bəzən çox, bəzən də az çəkirdi.

Namazla əlaqədar hədisləri toplayıb bir yerə cəm edən alimlər həmin təsbihatın ən azı üç dəfə yerinə yetirilməsinin sünnə olduğunu və kifayət etdiyini bildiriblər. Onlar eyni zamanda deyiblər ki, istəyənlər bu təsbihatı istədikləri qədər uzada bilərlər; bu da öz növbəsində sünnəyə müvafiqdir. Ona görə də İslam ölkələrində müşahidə olunan fərqlərə bu cür baxmaq və birinə düz, birinə də səhv deməmək lazımdır.

Bu məsələ ilə əlaqədar olan hədislərdən biri belədir:

“Sizin aranızdan bir nəfər rükuya getdiyi vax rüku halında üç dəfə: “Sübhanə Rəbbiyəl-Azim”, – desə, rükusu tamam olur. Bu, ən azıdır. Səcdə etdiyi vaxt səcdə halında üç dəfə: “Sübhanə Rəbbiyəl-Əla”, – desə, səcdələri səhih olur. Bu da deyilməli olan ən az miqdardır”. ((Tirmizi, Səlat, 194. Abdulla İbn Məsudun rəvayəti.))

Materialdan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.