Müsəlmanlar
Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir?

Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir?

Sual: Mən bir kitabda oxumuşam ki, məninin (sperma) yerindən ayrılmağı cənabətlik halına səbəb olur. Yəni, bədənin daxilindəki yerindən qopmağı cünub olmaq üçün kifayətdir; kişi cinsiyyət üzvündən çıxmağına ehtiyac yoxdur. Belə olan halda, yəni, əgər sperma bayıra çıxmayıbsa, onun öz yerindən ayrılıb ayrılmadığını necə başa düşmək olar? Spermanın penisdən kənara çıxıb çıxmamağı əsas götürülmürmü?

Cavab: Sizin qeyd etdiyiniz məsələ fiqh kitablarında (risalələr, elmihal kitabları və sairə) müzakirə edilmiş və bu məsələyə dair müxtəlif fikirlər yaranmışdır. “Məninin yerindən qopmağı” ifadəsi əslində başa düşülməyən bir şey deyil. Belə ki, bir kişi ehtilam və cünub olduğu vaxt, başqa sözlə, orqazm olub qurtardığı vaxt məni kənara çıxmamışdan qabaq bədəndə dəyişikliklər baş verir, şəhvət hissi meydana gəlir. Həmin anda kişi cinsiyyət üzvü sıxılıb boğulsa, sperma dərhal bayıra çıxmaz. Əksinə, şəhvət hissi keçib getdikdən sonra çıxar. Amma artıq eyakulasiya baş verib və bədən rahatlaşıb. Ona görə də spermanın şəhvətlə bayıra çıxmağı şərt deyil. Bu hal baş versə, qüsl etmək vacib olur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.