Müsəlmanlar
Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi?

Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi?

Sual: Mən Qurani-Kərimdə Yunus peyğəmbərdən bəhs edən bu iki ayəni heç cür başa düşə bilmədim: 1) “Əgər o çox təsbeh edənlərdən olmasaydı, təzədən diriləcəkləri günədək onun (balığın) qarnında qalacaqdı”. (Saffat, 37/143-144) 2) “Əgər ona Rəbbindən bir nemət gəlməsəydi, əlbəttə ki, qınanmış bir halda boş bir diyara atılacaqdı”. (Qələm, 68/49) Birinci ayəyə əsasən Yunus peyğəmbər tövbə və təsbeh etməsəydi, Qiyamət gününə qədər balığın qarnında qalacaqdı. Amma o, tövbə etdi və balıq onu quruya çıxartdı. İkinci ayədən isə belə çıxır ki, əgər Allahın neməti ona gəlməsəydi, yəni, o, tövbə etməsəydi və yaxud tövbəsi qəbul edilməsəydi, qınanmış bir halda boş bir əraziyə, yəni, quruya atılacaqdı. Belə olan halda, Yunus peyğəmbər təsbeh etməsəydi, balığın qarnında ölüb gedəcəkdi? Yoxsa qınanmış bir halda quruya atılacaqdı?

Cavab: Balina və delfinlər dəniz məməliləri fəsiləsinə daxildir. Bu heyvanların bir çoxu quruya çıxıb ölür. Həqiqətən də, kütləvi informasiya vasitələrində bu cür xəbərlərə tez-tez təsadüf etmək mümkündür. Axtarış mühərriklərinə “Balinaların intiharı”, “Quruya çıxan balinalar” və bu kimi ifadələri daxil edib axtarsanız, siz özünüz də buna şahid ola bilərsiniz. Çünki bu məsələ ilə əlaqədar yüzlərlə şəkil və videoçarx var.

Yunus peyğəmbəri udan balıq ya kisəli balina, ya da başqa bir balıq olub. Deməli, əgər balıq Yunusu bayıra atmasaydı, o, balığın mədəsində öləcək (Saffat, 37/143-144), ikisi də birdən dənizdən quruya atılacaq (Qələm, 68/49) və balığın qarnı Yunus peyğəmbərin qəbri olacaqdı. Yuxarıdakı iki ayəni birlikdə götür-qoy etdikdə alınan nəticə budur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.