Müsəlmanlar

Osman “ilan balası” deməkdir?

Sual: Biz bilirik ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) mənası yaxşı olmayan adları dəyişdirib. Deyilənə görə Osman adının mənası “ilan balası” deməkdir. Elə isə peyğəmbərimiz nə üçün bu adın dəyişdirilməyini istəməyib?

Cavab: Bəli, peyğəmbərimiz (s. a. v.) mənası yaxşı olmayan bəzi adları dəyişdirib. Misal üçün, Hərb (savaş, müharibə) və Asiyə (üsyan edən, üsyankar qadın) kimi adları. Amma Osman adını dəyişdirməyib. Buradan belə çıxır ki, bu ad peyğəmbər tərəfindən məqbul hesab olunub.

Osman adının mənalarından biri “ilan və ya əjdaha balası” deməkdir. Lakin bir mənası da “gözləri çox qəşəng olan toy quşu ((Azərbaycan dilində: Dovdaq, Doydaq; Latınca: Otis tarda; Rusca: Стрепет.)) balası” deməkdir. ((İbn Manzur, Lisanul-Ərəb, 12-ci cild, s. 385.)) Yəqin ki, peyğəmbərimiz Osman adını bu mənasına görə dəyişdirməyib.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.