Sual: Qeyri-müsəlman bir ölkədə yol polisinə rüşvət verməyin hökmü nədir? Tutalım ki, bir qayda pozuntusu və yaxud hansısa bir problemə görə yol polisi məni saxlatdı. Mən bu məsələni kiçik bir məbləğdə rüşvət verməklə həll edə bilərəm. Bununla yanaşı, yol polisi daha böyük məbləğdə cərimə kəsə bilər və üstəlik bu cərimə pulu tağutun keşikçilərinə kapital kimi veriləcək. Belə hallar baş verdikdə rüşvət verməyə dini cəhətdən necə baxılır?
Cavab: Viza alıb bir ölkəyə daxil olan şəxs həmin ölkənin qanunlarına tabe olmağı qəbul etmiş, bunun müqabilində o ölkə də bu şəxsə qarşı bir sıra öhdəlikləri öz üzərinə götürmüş hesab edilir. Yol hərəkəti qaydaları kimi həm fərdlə, həm də bütün cəmiyyətlə sıx əlaqəsi olan bir məsələdə qaydalara zidd hərəkət etmək müsəlman bir insana yaraşan hərəkət deyil. Bu, yolverilməzdir. Belə hallar baş verdikdə, yəni, növbə cərimə ödəməyə gəldiyi vaxt “tağutun keşikçilərinə sərmayə qoymamaq, onlara pul verməmək” kimi bəhanələr gətirmək qəbul edilə bilməz. Qaydalara tabe olmalısınız. Əgər tabe olmursunuzsa, cərimə ödəməyə razı olmalısınız.
QEYD: Tağut məsələsi ilə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidə tıqqıldadın:
http://www.muselmanlar.com/fitvalar/475.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.