Müsəlmanlar

Aybaşı halında olan qadın məscidə girə bilər?

Sual: Qadınlar heyz halında olduqları vaxt məscidə girə bilərlər? Dində buna icazə var, yoxsa qadağandır?

Cavab: Fiqh məzhəbləri heyz halında olan bir qadının məscidə girməyini caiz hesab etmirlər. Amma bu məsələ ilə əlaqədar olan hədislərdən belə bir nəticəyə gəlmək qeyri-mümkündür. Bizim fikrimizcə qadınlar aybaşı vaxtı da məscidə daxil olub mövizə və Qurana qulaq asa bilərlər.  Orada otura bilərlər. Bəzi hədislərdə təsadüf edilən məscidə girmək qadağası məscidi çirkləndirməməklə əlaqədardır.

Qadınların aybaşı vaxtı görə bilməyəcəkləri iş, sadəcə ərləri ilə cinsi əlaqədə olmaqdır.

Geniş məlumat üçün saytımızın Dəstəmaz, Qüsl, Qəbir Üstünə Getmək və bu kimi bölmələrinə baxa bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.