Cavab: İslam tarixi mənbələrində Hz. Hüseynin 4 zövcəsi olduğu bildirilir. Bunlar aşağıdakılardır:
- – Rübab: Ömər b. Xəttab, bir qızını Həsənə digər qızını da Hüseynə vermişdir. Hüseynə verən qızının adı Rabəb idi. Onun Hüseyndən olan Səkinə adlı qızı ve Abdullah adlı oğlu da var idi.(Tarixi Dəməşq, 69/119-120. Bundan əlavə Fatimə adında qızı və Ömər adında oğlu da olduğu rəvayət edilir.
2.- Sülafə, (Şəhrəbanu veya Şah zanen(hanımların şahı) Yezdəcirdin qızı Hüseyndən Əli Zeynul-Abidin ləqəbi ilə tanınmış Əli b. Hüseyni dünyaya gətirdi. Onun da Oğlu Zeyd, Zeydiyyə buna bağlı olanlardı.
3 –Ummu İshaq, Qardaşı Həsənin arvadı, Həsən qardaşı Hüseynə özündən sonra onu almasını istəmiş və o da almışdır. Ondan da Rükiyyə adında qızı olmuşdur.
4.– Leyla və ya Ummu Leyla: Səqif qəbiləsindən olduğu və Hüseyndən Əli Əkbər adında bir oğlu olduğu rəvayət edilməkdədir. (Əl-Mukruzi, “Əmtaul-Əsma”, s. 6, s. 269.)
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/6580.html
https://www.muselmanlar.com/elanlar-xeberler/13410.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.