Sual: Yas yerlərinə gedəndə və ya məzarlıqda molla ölmüşlərin ruhu üçün “Fatihə!” deyir. Bunu nəyə görə deyir, mənası nədir və ölüyə nə kimi xeyri dəyir?
Cavab: İndi biz sizə Fatihənin ölüylə nə kimi əlaqəsi olub-olmadığını bilməyiniz üçün mənasını göstəririk:
Bismillahir Rahmənir Rahim.
- Mərhəmətli, Rəhmli Allahın adı ilə
- Hər cür tərif Aləmlərin Rəbbi olan Allaha məxsusdur.
- Mərhəməti sonsuz Rəhməti boldur.
- Din/Haqq-hesab gününün Sahibidir.
- Qulluğu birbaşa Sənə edər, köməyi də birbaşa Səndən istəyirik.
- Bizi doğru yoluna yönəlt!
- Nemətləndirdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuş və azmışların (yoluna)deyil!
Oxunan bu surənin ölüylə hər-hansı bir əlaqəsinin olmadığını ağlı başında olan hər insan başa düşər. Quranda bütün surələr dirilərə xitab edir. Eynilə dövlət könustitusiyası kimi, qanun və qaydaları göstərir.
Əlbəttə Quranda ölülərdən bəhs edən ayə və dualar da vardır. Lakin bu, Quranın ölüyə aid olduğunu və ona oxunması lazım olduğu mənasına gəlməz. Dövlət kanstitusiyasında da ölü və onların yaxınlarından bəhs edən maddələr vardır. İndi biz, bu konsitusiyanın ölüyə aid olduğunu və ona oxunması lazım olduğunu deyirik?
Bir çox mollalar, Quranın şəfa və rəhmət olduğunu deyirlər. Əlbəttə bu belədir. Ancaq kimə şəfa və rəhmət? Bu barədə Qurandakı ayələri oxuduğunuz zaman şəfa və rəhmətin onunla əməl edənlərə aid olduğunu görəcəksiniz. Bu ayələrdən birini sizə təqdim edirik:
“Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, kökslərinizdə olana (şəkk-şübhəyə) şəfa, inanıb güvənənlərə doğru yolu göstərən bir rəhbər və rəhmət gəlmişdir.” (Yunus 10/57)
Şəfa, maddi və mənəvi xəstəliyi olan diri insanlara verilir. Quran, həm onu mənimsəyən, həyatına əks etdirən hər insan üçün, həm də hər cür əyri fikirli, yolunu azmış insanlar üçün bir şəfadır, dərmandır. Ona uyanlar mütləq şəfa tapar.
İndi siz, sizə verilən bu resepti (Quranı) aparıb ölüyə versəniz və ya oxusanız, ona göndərməyə çalışsanız, sizə ağlı başında olan deməzmi ki: Heç ölən birinə resept vermək olar? Özü də nə sizin nə də ölü başa düşmədiyi bir resepti.”
Düşüncəni öldürmək qədər pis bir şey yoxdur. Bir insanın ölümü, fəlakəti, təfəkkürünü öldürdüyü zaman baş verir. Məzhəbinə, təriqətinə, cürbəcür ideologiyalara kor-təbii bağlı qalan insanların çoxu öz təfəkkürlərini öldürən insanlardır.
Bir xalq düşünün ki, ən müqəddəs kitabını başa düşməyə yanaşmır. Onu ya kor təbii qəbul edir ya da rədd edir. Nəyə dua etdiyini nəyə “amin!” dediyini belə bilmir. Bir yandan da bilmək istəmir, çünki məsuliyyət daşımış olacaqlar. Bu səbəblə Fatihəni ya da Quranı həyatına əks etdirmək yerinə onu ölülərə məzara yollayırlar. Əslində belə etməklə eyni zamanda bir xalq özümüzü də öldürmüş oluruq.
Bu xalqın, dirçəlməsi, səfası və şəfası yalnız Qurana yönəlməklə, onun təqdim etdiyi resepti qəbul etməklə mümkündür. Başqa qurtuluş yolumuz yoxdur. Çünki biz hamımız Allahın göndərdiyi kitabdan yəni Qurandan, ona əməl edib etməməkdən hesaba çəkiləcəyik:
“Ona görə də sənə vəhy olunana möhkəm sarıl! Həqiqətən, sən doğru yoldasan. Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün ağılda qalacaq doğru bilikdir. Siz bundan sorğu-sual olunacaqsınız” (Zuxruf 43/43-44).
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.youtube.com/watch?v=nyWhzVDzSKk&ab_channel=KuranlaAyd%C4%B1nlanmak
https://www.muselmanlar.com/elanlar-xeberler/11789.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.