Müsəlmanlar

Yetkinlik çağına çatmamış uşaqların şahidliyi qəbul olurmu?

Cavab: Yetkinlik çağına gəlməmiş uşaqlar ağlından çox duyğularını hərəkətə keçirir və bu səbəblə nağıl ve hekayələrə daha çox maraq göstərir, nəticədə tez aldana bilirlər. Ən çox yalan da bu çağda danışılır. Onlar, bəzi hadisələrə şahid olmuş ola bilərlər. Heç kimin görmədiyi həqiqəti görmüş də ola bilərlər. Ancaq bu çağdakı uşaqlarda, gördüyü hadisələri bəzi hallarda tam qavraya bilməmə və ya səhv dəyərləndirmə ehtimalı yüksək olduğu üçün onların verdiyi məlumat da tam güvənilir olmaya bilər. Həmçinin, uşaqlar böyüklərin təsiri ilə anidən sözlərindən dönə də bilirlər.

Bu səbəblə uca Allah, Maidə surəsi 106-cı ayəsində: “…Sizdən güvənilən, adil olan iki şahid gətirin!…”- buyurulmaqdadır. Yəni, sözünün əri olan, onu olduğu kimi söyləyən şəxslər. Həqiqəti söyləməyən, güvənsizlik doğuran böyüklər belə, etdiklərini uşaqlıq halına bənzədərək: “Biz uşaqlıq etdik” deyərlər. Ona görə də şahidlik, bir insanın güvəniləcək çağda olmasını vacib edir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5741.html

https://www.muselmanlar.com/fitvalar/13597.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.