Müsəlmanlar

Qədr gecəsi ilə əlaqəli bilinməyən həqiqətlər.

Sual: Hədislərin bir çoxunda: Qədr gecəsi Ramazan ayının axırıncı 10 gününün tək 21, 23, 25, 27 və 29-cu gecələrindən hər hansı biri ola biləcəyi bildirilib. Bir çox yerdə 26-cı günün 27-nə keçən gecədə qeyd olunur. Bu nə qədər doğrudur?

Cavab: Bəli, qədr gecəsi mübarəkdir və o gecə edilən ibadətlər, min aydan daha xeyirlidir. Ancaq bəla bundadır ki, bu ümmət gecə ilə gündüzün nə vaxt gəldiyini belə bilmədiyi üçün, 26-dan 27-yə keçən gecə ifadəsini işlədirlər. 26-cı günün 26-cı gecəsi olur. Ancaq 26-cı günün 27-nə keçən gecəsi olmaz. 27-ci günün özünün 27-ci gecəsi olur. Bir gün, günəşin doğması ilə başlayar[1] və sonrakı  doğuşu ilə bitər. Çünki, gündüz gecədən öndə gəlir və gün gecədən sonra gəlməz. Bu həqiqəti bizə gündüz və gecəni yaradan bildirir:

“Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz orbitində üzər” (Yasin 36/40).

Bilavasitə, bu səhv anlayış bizə avropadan gəlib. Gecə saat 12:00-dan sonra yeni bir günə keçirlər deyə, biz də bunu belə qəbul etmişik.

Uca Allah bizə haqqı haqq olaraq bilib onunla əməl edən, batılı batıl bilib ondan uzaqlaşanlardan eləsin.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/tedqiqatlar/877.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bu qayda normal günəş çıxıb batan bölgələrdə. Şimal qütblərdə isə aydınlıq və geçəcinin meydana gəlməsi ilə olur.