Müsəlmanlar

Evləndiyim arvad bir başqa kişi ilə evli çıxdı. İndi mən onunla zina etmiş sayılırammı?

Sual: Tanış olduğum bir qadınla evləndim. Mənə, “subayam” dedi və mən də inandım. Sonra da nikah qıyıb evləndik. Bir müddət sonra bu qadının məni aldatdığını yəni, bir başqa kişi ilə evli olduğunu, qanuni olaraq boşanmadığını öyrəndim. İndi mən, dini cəhətdən o qadınla zina etmiş olurammı?

Cavab: Xeyr, siz, o qadının evli olduğunu bilmədiyiniz üçün zina etmiş sayılmazsınız. Ancaq qadın başqa biri ilə evli olduğu halda sizinlə əlaqəyə girdiyi üçün zina etmiş sayılır.

Nəticə etibarı ilə; əgər evli olaraq birlikdə yaşamaq istəyirsinizsə, qadın əvvəlki kişidən dərhal boşanmalı, sonra da sizinlə qanuni şəkildə nikahlanıb evlənməlidir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/14441.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7898.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.