Müsəlmanlar

Translarla dostluq etmək olarmı?

Cavab: Hər hansı böyük günah işləyən şəxslərlə, o cümlədən transeksualistlərlə biz, münasibətimizi kəsə bilmərik. Biz insanlardan deyil, onların işlədikləri günahlardan uzaq durmalıyıq. Hər cür günah işləyən insanlara, işlədikləri günahın pis bir şey olduğunu onlara hər fürsətdə çatdırmalıyıq. Bəlkə onlardan biri tövbə edib, doğru yola gələcəkdir. Əgər belələri ilə hər cür münasibəti kəsərsək, onlara Allahın dinini necə təbliğ edəcəyik?

Qurani Kərimdə Rəbbimiz, “yaxşılığı əmr etməyi, pislikdən uzaq durmağı” əmr etməkdədir. Bizim vəzifəmiz də nə cür insan olur-olsun, onlara bu əmri çatdırmaqdır. Lut əleyhissəlam, bu cür bir cəmiyyətə elçi olaraq göndərilmişdir. Onlara qızları ilə birlikdə, doğruları çatdırmağa və işlədikləri pisliklərdən uzaq tutmağa, belə bir işin nəticəsinin ağır olacağını xəbər verdi. Lakin onlar, günahlardan uzaq durmaq bir yana günahlarına günah qatıb daha da azğınlıqlarını artırmağa və gələn qonaqlara (mələklərə) belə təcavüz etməyə qalxdılar. Nəticədə, Allah da onların cəzasını vermiş oldu[1].

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linkldə görə bilərsiz:

Bir nəfərin dünyaya ikicinsli gəlməyi mümkündür?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab

[1] Bax: Qəmər 54/33-40.