Cavab: Salam, Ərəbcə “sülh, əminamanlıq” kimi bir çox mənalara gəlir. O cümlədən Allahın adlarından biridir. Sualınıza bu hadisə ilə aydınlıq gətirək:
Səhabələrdən biri bir dəfə Allaha salam göndərdi. “Sənə salam (sülh, əminamanlıq) olsun ey Allah”, dedi. Peyğəmbər onun səhvini düzəldib öyrətdi: “Allah özü salamdır, əmin-amanlıqdadır. Allaha ancaq həmd etmək olar, o da onun şükrə ehtiyacı olduğu üçün yox, bizim ona möhtac olduğumuz üçün. Sülhə və əminamanlığa Allahın yox, bizim ehtiyacımız var.
Odur ki, Allaha salam göndərilməz. Çünki Allah özü salamdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/elanlar-xeberler/12454.html
https://www.muselmanlar.com/elanlar-xeberler/6621.html
https://www.muselmanlar.com/fitvalar/5499.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.