Müsəlmanlar

İçki satılan otellərdə qalmağın bir qəbahəti varmı?

Sual: Bir türizm şirkəti ilə səyahətə çıxanda, şirkət bizə içki satılan bir otel tutarsa, bizim bu oteldə qalmağımızın bir günahı varmı?

Cavab: Uca Allah bizə içki içməməyi əmr edir. Oteldə yatmaq başqa bir şey, içki içmək isə başqa bir şeydir. Otel yatmaq üçündür. Otel sahibi içki satırsa, bu, onun günahıdır. Hər hansı yeməkxanaya da gedəndə orda yeməkxana sahibi içki satan biri ola bilər. Siz orda yemək də yeyə bilərsiz. Amma çalışın içki içənlərlə birlikdə içki stolunda oturmayın. Əgər otursanız yenə də içki içənlər kimi günah işləmiş olmazsız. Ayrı oturmağın səbəbi, Allahın bizə o haramdan uzaq durmağımızı əmr etməsidir.[1]

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Mövzu ilə əlaqəli ətraflı sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/genel/13579.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Maidə 5/90.