Sual: Maidə surəsi 6-cı ayədə qadınlara toxunmağı ifadə edən (لاَمَسْتُمُ النِّسَاء) kəlməsi keçər. Eyni ifadə Nisa 43-cü ayəsində də keçir. Halbuki siz bu kəlmələrə verdiyiniz məalda “qadınlarla yaxınlıq etdiyiniz zaman” deyə, tərcümə etmisiniz. Bu nə dərəcədə doğrudur?
Cavab: Qeyd etdiyiniz ayədəki kəlmənin kökündə “təmas, toxunmaq” vardır. Ərəb dilində təmas, toxunmaq anlamına gələn bir çox söz vardır ki, bunların bəziləri Quranda keçir.[1]
Həm Qurani Kərimdə həm də ərəblər arasındaki danışıq dilində qadın və kişinin bir-birinə təması ifadə edən kəlmələr, kinayə yoluyla cinsi yaxınlığı ifadə etməkdədir. Məsələn:
اُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ اِلٰى نِسَٓائِكُمْۜ هُنَّ لِبَاسٌ لَكُمْ وَاَنْتُمْ لِبَاسٌ لَهُنَّۜ عَلِمَ اللّٰهُ اَنَّكُمْ كُنْتُمْ تَخْتَانُونَ اَنْفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنْكُمْۚ فَالْـٰٔنَ بَاشِرُوهُنَّ
Oruc gecələrində həyat yoldaşlarınıza yaxınlaşmanız (cinsi əlaqə) sizə halal edildi. Onlar sizin üçün libas, siz də onlar üçün bir libassınız. Allah özünüzə xəyanət etdiyinizi bildiyi halda üzünüzə baxdı və sizi bağışladı. Artıq onlarla intim əlaqəsi qura bilərsiniz… (Bəqərə 2/187).
Uca Allah sıradan kiçik təması, toxunmağı ifadə edən kəlmədə belə, qadın və kişi arasındaki münasibətdən bəhs etdiyi zaman cinsi əlaqəni nəzərdə tutmuşdur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا
“Ey inanıb güvənənlər! Mömin qadınları nikahlayıb sonra da onlarla yaxınlıq etmədən boşasanız, onlar üçün iddə/gözləmə müddəti saymağınıza ehtiyac yoxdur. Ona görə də onlara faydalanacaqları bir şey verin və gözəl bir şəkildə özünüzdən ayırın!” (Ahzab 33/49).
Bir başqa ayədə: فَلَمَّا تَغَشَّاهَا حَمَلَتْ حَمْلاً خَفِيفًا
“Kişi ona sarılınca/qucaqlayınca arvadı hamilə qalır…” (Araf 7/189).
İndi biz qucaqlamağı ifadə edən bu kəlməni olduğu kimi götürə bilərikmi? Əgər götürmüş olsaq onda bir kişinin arvadını qucaqladığı zaman hamilə qaldığına da inanmalıyıq.
Nəticə olaraq, gördüyünüz kimi, bu ayələrdə keçən (تَغَشَّاهَا, الرَّفَثُ, بَاشِرُوهُنَّ, تَمَسُّوهُنَّ, لاَمَس) kəlmələrinə qadınlarla cinsi yaxınlıqdan başqa məna verilə bilməz.
Bu səbəblə bir kəlmənin mənasını və ya ayənin hökmünü daha yaxşı bilmək, anlamaq üçün gərək həmin kəlmə ya da mövzu ilə əlaqəli ayələri birlikdə oxuyaq. Əksi təqdirdə kəlmələri təhrif etmiş və Allaha qarşı iftira edərək böyük günah qazanmış olarıq. Necə ki, bizdən əvvəlkilər “Ayəni ayə ilə açıqlama” metodunu tərk edərək dini təhrif etdilərsə, günümüzdə də özlərinin Qurana yönəldiyini iddia edənlərin bir çoxu Qurandakı bəzi kəlmələrin kök mənalarında duraraq öz arzularına uyğun məna çıxarmaqla dini təhrif etmə yoluna düşmüşlər.[2]
Bunu bilməyinizdə fayda vardır: Qurani Kərim ərəb dilinin kök anlamları üzərinə deyil, ərəblərin dili üzərinə nazil olmuşdur. Yəni, onların anladıqları və hansı kəlməni harda-necə işlətdiklərini diqqətə almaq lazımdır.[3]
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/3435.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Bəqərə 2/187, 197, 236-237; Əraf 7/189; Əhzab 33/49.
[2] Buna misal “salat”, “hicab”, “qüsl” və s. kəlmələri göstərə bilərik. Bunlarla əlaqəli ətraflı cavabları saytımızda görə bilərsiz.
[3] Ətraflı məlumat üçün bax: https://www.youtube.com/watch?v=KP0wFo9FGO4&t=637s&ab_channel=KuranlaAyd%C4%B1nlanmak