Sual: Bir kişinin bir şeyə baxmaqla, yaxud arvadına toxunması nəticəsində cinsiyyət üzvündən gələn maye mənidir (sperma)? Bu maye gəldikdə qüsl etmək lazımdırmı?
Cavab: Kişinin tənasül orqanından gələn mayelər üç cür olur:
1) Məni (sperma): Bu, şəhvətlə öz yerindən qopub şəhvətli, yaxud şəhvətsiz olaraq penisdən xaricə çıxan və özünə məxsus iyi olan ağ rəngli qatı bir mayedir.
2) Məzi: Bu, tənasül orqanının böyüməsindən sonra şəhvətsiz olaraq gələn ağ rəngli incə mayedir.
3) Vədi: Bu, sidikdən sonra gələn, iysiz, ağ rəngə çalan bulanıq və yapışqan bir mayedir.
Kişinin cinsiyyət orqanından yuxarıda sadalanan üç növ mayedən sadəcə olaraq sperma gəldiyi vaxt qüsl etmək lazımdır. Digər ikisi isə ancaq dəstəmazı batil edir. Bir nəfərə baxmaq və yaxud toxunmaq nəticəsində əgər şəhvətlə sperma gəlsə, qüsl etmək lazımdır. Siz axan şeyin rəng və iyindən onun nə olduğunu təyin edə bilərsiniz. Əgər axan maye ağ rəngli incə bir mayedirsə, bu, sperma deyil, məzidir. Buna görə də bu halda qüsl etmək lazım deyil. Sadəcə olaraq dəstəmazınız pozulur. ((Geniş məlumat üçün baxın: Ömər Nasuhi Bilmən, Büyük İslam İlmihalı, Dəstəmaz və Qüsl fəsilləri.))
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.