Müsəlmanlar

Qızılı və ipəyi kişilərə qadağan edən hədislərin hökmü nədir?

Sual: Sizin də bildiyiniz kimi qızıl və ipəyin kişilərə haram olduğunu göstərən bir çox hədislər var. Belə bir halda siz, Peyğəmbərimizin hədislərini rədd edirsizmi? O qədər rəvayət hara olacaq?

Cavab: Sizə, Uca Allahın bu ayəsini diqqətlə oxumağınızı tövsiyə edirik. Belə bir ayə olduğu halda peyğəmbərimiz əleyhissəlam bu cür bir qadağa qoya bilərmi? Bunu bir düşünün!

“De ki: “Allahın, qulları üçün yaratdığı zinəti və təmiz ruzini kim haram etmişdir?” De ki: “Bunlar dünya həyatında möminlər üçündür. Qiyamət günündə isə yalnız onlara məxsusdur. Bilən bir topluluq üçün ayələrimizi müfəssəl açıqlayırıq” (Əraf, 7/32).

Peyğəmbərimiz, Allahın ona nazil etdiyi kitaba tabe olmuş, Ona zidd hər hansı bir söz söyləməmiş və fətva verməmişdir.

Biz müsəlman olaraq, ayələrin çoxluğuna və kimdən gəldiyinə deyil, Allahın kitabına uyğunluğu əsas almalıyıq. Əksi təqdirdə imanımız şübhəyə düşər.

Nəticə etibarı ilə bu cür rəvayətlərin aşıq-aşkar peyğəmbərimizə də iftiradan ibarət olduğunu görməkdəyik.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/13371.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7225.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.