Sual: Niyyət etmişdim ki, “əgər üniversiteti qazansam, nəzir olaraq bir heyvan qurban kəsəcəm.” İndi arzum yerinə yetib. Nəzir dediyim heyvanın ətindən özüm də yeyə bilərəm?
Cavab: İnsanların çoxu sizin kimi ya da buna bənzər niyyət tutaraq: “Nəzir demişəm; filan işim alınarsa, uşağım sağalarsa, oğlum əsgərdən gələrsə” deyə, əvvəlcədən sanki Allahla şərtləşirlər. İlk növbədə Uca Allahla bu cür sövdələşmələr, etik/xoş deyil və belə şeylər daha çox Allaha təvəkkülü, imanı zəif insanlarda görülür. Eyni zamanda belə etməklə, Allahın sizə vacib etmədiyi bir ibadəti özünüzə vacib etmiş olursuz.
Biz bir müsəlman olaraq hər bir halda və düşüdüyümüz hər vəziyyətdə, başımıza gələn xeyir və ya şər işlərdə Allaha təvəkkül/güvənməyi bacarmalıyıq. Səbr və şükür bizim heç bir zaman tərk etməyəcəyimiz azuqəmiz olmalıdır. Əgər Allah bizə gözəl şeylər lütf edibsə, buna şükr etməli; yəni buna qarşı bacardığımız xeyirxahlığı etməliyik. Yox əgər bir müsibətlə üzləşmiş olsaq, buna da səbr etməli; yəni dirəncimizi, Allaha olan inam və güvənimizi sarsmamalıyıq. Eynilə Quranda buyrulduğu kimi:
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə 2/156)
Qısacası; Mömin olan şəxs arzusu yerinə gəlincə şükr edən, gəlməyincə də səbr edəndir.
Nəticə olaraq; hər hansı imtahanla, çətinliklə qarşılaşanda Allaha dayanmalı, bu çətinliyi aşdığımız zaman şükr etməli və şükrümüzü feli ifadə etmək məqsədiylə bir heyvan da qurban etməyi bacarmalıyıq. Kəsdiyimiz şükür qurbanından həm özümüz yeyə bilərik həm də başqalarına sədəqə pay göndərə bilərik. Elə məhz bu cür davranışımız və kəsdiyimiz şükür qurbanı, Allaha şərtli olaraq niyyət etdiyimiz nəzir qurbanından çox daha yaxşıdır.
Nəzir və şükür qurbanları barədə əlavə məlumat almaq üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/990.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.