Müsəlmanlar

Tələbəyə verilən burs zəkat yerinə keçərmi?

Sual: Mən bir tələbəyə aylıq burs verirəm. Verdiyim burs zəkat sayılırmı?

Cavab: Zəkat, zəngin olan bir müsəlmanın verməsi vacib olan sədəqədir. Hətta dövlət başçısının və ya möminlərin əmirinin, zəkatını verməyən zənginlərin əlindən zəkatı zorla alma haqqı da vardır.

Əlbəttə, zəkatı verəcəyiniz ən faydalı yerlərdən biri də təlim-tədris mərkəzləri və tələbələrdir. Bəli, bir tələbəyə verdiyiniz burs, zəkat yerinə keçər.

Siz, İslamın şərtlərindən biri olan zəkatı verməklə bir müsəlman olaraq həm Allahın əmrini yerinə yetirmiş həm də sizə düşən ictimai, insani borcunuzu yerinə yetirmiş olursuz.

Uca Allah belə buyurur: ” Namazı düzgün və davamlı qılın, zəkatı da verin. Özünüzə etdiyiniz hər yaxşılığın əvəzini Allahın qatında tapacaqsınız. Şübhəsiz, Allah elədiklərinizi görür.” (Bəqərə 2/110).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/3848.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.