Sual: Rəsmi olaraq boşandığım yoldaşımla bir il sonra təkrar evlənməyə qərar verdik. Yəni təzədən bir nikah qıymaq lazımdırmı?
Cavab: Bəli. Siz, bir dəfə boşandığınız üçün yenidən evlənə bilərsiz. Amma bu evlilik üçün təzədən nikah qıymalısız. Əgər siz, iddət müddəti bitmədən 3 ay içərisində yoldaşınıza dönsəydiniz, təzədən nikah qıymağa da ehtiyac qalmazdı.
Boşanma hallarını bu cür iki dəfə daha təkrar edərsəniz, artıq yoldaşınızla yenidən evlənmək haqqını da itirmiş olarsız. Boşanan cütlərlə əlaqəli Qurani Kərimin Bəqərə surəsinin 229-cü ayəsində belə buyurulmaqdadır:
“O talaq [boşama] iki dəfə mümkündür. Hər birindən sonra qadınla ya yaxşı dolanmaq, ya da xoşluqla ayrılmaq lazımdır…” (Bəqərə 229)
Ayədə gördüyümüz kimi, boşanan cütlər iki dəfə iddətləri bitib tamamilə ayrıldıqdan sonra təkrar evlənə bilərlər. Lakin üçüncü dəfə bu hal baş verərsə, artıq geri dönmək haqqını itirmiş olurlar.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Boşanmaq barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/2282.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.