Müsəlmanlar
Ana dəstəmazı olmadığı vaxt öz körpəsini əmizdirə bilər?

Ana dəstəmazı olmadığı vaxt öz körpəsini əmizdirə bilər?

Sual: Mənim həyat yoldaşım bir dəfə yaddan çıxardığına görə, bir dəfə də məcbur qaldığı üçün uşağı cənabət halında ola-ola əmizdirdi. Biz qorxuruq ki, bunun ucbatından gələcəkdə uşağın mənəviyyatına nəsə bir xələl gələ bilər. Belə bir şeyin qarşısını almaq üçün nə etmək lazımdır?

Cavab: Bir ananın körpəsini əmizdirdiyi vaxt dəstəmazlı olmağı lazım deyil; dində belə bir şərt yoxdur. Uşağa hər halda süd vermək olar: Dəstəmazlı, dəstəmazsız, cünub və ya aybaşı halında. Belə vəziyyətlərdə körpəni əmizdirməyin onun mənəviyyatına heç bir dəxli yoxdur. Belə bir təsirdən söhbət belə gedə bilməz. Bu barədə deyilən şeylərin heç bir əsası yoxdur. Hamısı boş şeylərdir. Ona görə də narahat olmayın.

Sizin uşağınızın mənəviyyatına təsir edən şeylər isə sizin hərəkətləriniz və onun özünə öyrədəcəyiniz şeylərdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.