Cavab: Pasxa, Xristianların əqidəsinə görə İsanın çarmıxa çəkildikdən sonra üçüncü günü diriliyi və bu münasibətilə qeyd edildiyi bir bayramdır.
Pasxa inancı, onun bayram kimi qeyd olunması İsa əleyhissəlamın vəfatından 3 əsr sonra Miladi 325-ci ildə İznikdə keçirilən konsil qərarlarıyla: “Ata, oğul və müqəddəs ruh” üç müqəddəs/təslis əqidəsi qəbul edildi. Bundan sonra İsa əleyhissəlamın yenidən diriliş gününü Pasxanı bir bayram olaraq keçirməyə başladılar.
Qeyd edək ki, 3 əsr sonra din xadimlərinin ortaya qoyduğu xristianlıq dininin və belə bir dinə inananların nə İsayla nə də onun təbliğ etdiyi dinlə bir əlaqəsi yoxdur!
İsa əleyhissəlam yalnız digər insanlar kimi qiyamətdən sonra yenidən dirildiləcək.
Həqiqətdə İsa əleyhissəlam nə çarmıxa çəkildi nə də üç gün sonra dirildi!
İsa öldü! Amma Allah daim diridir!
İsanın çarmıxa çəkildiyinə, onun üç gün sonra yenidən diridiyinə inananlara və onu ilahlaştıranlara Allah, axirətdə İsanı dirildib belə deyəcək:
“Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki tanrı qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! (Maidə 116)
Əziz Müsəlmanlar! Bizə düşən; İsanın, Muhəmməd əleyhissəlamın və bütün elçilərin yolunu izləyənlər olaraq, Qurani Kərimin bu ayəsində göstərildiyi kimi bu həqiqətə çağırmalıyıq. Yalnız o zaman insanların xəyalındakı birlik, məhəbbət hakim olar:
De ki: “Ey əhli-Kitab! Sizinlə bizim aramızda müştərək olan bu sözə gəlin: Allahdan başqa heç bir şeyə qulluq etməyək. Ona heç bir şeyi şərik qoşmayaq. Bəzimiz, bəzilərini Allah ilə araya qoyaraq Rəbb qəbul etməyək!” Əgər yenə də üz döndərərlərsə, onlara deyin ki: “Şahid olun, biz müsəlmanlarıq/Allaha təslim olmuş kəslərik.” (Ali-İmran 64).
Xristianlıq və digər dinlərdəki təhriflər barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiz:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.