Müsəlmanlar

Yeni il və Mövlüd keçirməyin dinimizdəki yeri nədir?

Cavab: Yeni il, Xristianlar tərəfindən İsa (ə.s.)-ın Mövlüdü ilə əlaqələndirib, bir bayram olaraq keçirilməkdədir. Müsəlmanlardan bəziləri onların bu elədiklərini bir bidət və hətta haram olduğunu qeyd edirlər. Həqiqətən də onların bu etirazlarında haqlılıq payı vardır. Lakin, biz görürük ki, bu etiraz edən müsəlmanların əksəriyyəti özləri, Muhəmməd (ə.s.) mövlüdünü qeyd etməkdə və hətta bunda savab olduğunu iddia etməkdədirlər. Şiələr nəinki təkcə peyğəmbərlərin hətta onun əhli Beytinin də mövlüdlərini qeyd etməkdə, üstəlik belə şeylərdə savab olduğunu düşünməkdədirlər.

Qısacası; Əgər hər iki peyğəmbər də bizim isə, niyə birinin mövlüdünə etiraz edir, digərini isə qəbul edirsiz. Əgər səmimi isəniz, ya hər iki Mövlüdü bir bayram, bir mübarək gecə kimi keçirməyi qəbul edər ya da hər ikisinin dinimizdə yeri olmadığı üçün rədd edərsiniz.

Bildiyiniz kimi, nə İsa (ə.s.), nə də Muhəmməd (ə.s.) öz mövlüdünü qeyd etməmiş, səhabələri də belə bir şeyə təşviq etməmişlər. Bu səbəblə bu kimi şeylərin bayram olaraq keçirilməsinin dinimizdə hər hansı bir yeri yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6082.html

Qeyri-müsəlmanların bayramlarını təbrik etmək olarmı?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.