Cavab: Əgər biz bir insanın nəyə inanıb inanmadığnı bilmiriksə və ya onun haqqında heçnə bilmiriksə, bizə düşən, onun haqqında ya yaxşı fikirdə olmaq ya da susmaqdır. Yox əgər, inancını bilməsək də davranışlarını, ömrünü haralarda keçirdiyini bilib ya da görmüşüksə, ona görə dəyərləndirəcəyik. Amma yenə də (onun qəlbini və niyyətini bilmədiyimiz üçün) hər gördüyümüzlə də bir insanı dəyərləndirə bilmərik. Bu, bizi yanılda bilər.
Biz, küfrünü və şirkini açıq şəkildə görüb, bildiyimiz və İslama düşmənliyi ilə bilinən şəxslərə Tövbə surəsi 113-cu ayəsində bildirildiyi kimi davranacayıq:
“Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.”
Bunu da əlavə edək ki; ölən kim olur olsun, əgər ölənin yaxınlarıyla bir ünsiyyətimiz varsa, onları təsəlli etmək, köməklik göstərmək, başsağlığı diləmək və hətta dua etmək lazımdır. Çünki, onlar üçün ölənə qədər bir ümid vardır və sizin xoş davranışlarınız onların hidayətinə vəsilə ola bilər.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Buna oxşar digər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/2078.html
https://www.muselmanlar.com/fitvalar/3327.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.