Müsəlmanlar

İslama görə kimlərlə evlənmək haramdır?

Cavab: Uca Allah Nur surəsi 3-cü ayəsində belə buyurmaqdadır:

“Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.”

Ayədən gördüyünüz kimi Mömin bir insanın zinakar biri ilə evlənməsi qadağan edilmişdir. Zina edən ancaq zina edənlə ya da müşrik biri ilə evlənə bilər. Möminlə yox. Çünki, evliliyin əsl şərtlərindən biri namuslu olmaqdır. Namuslu olmaq, bir insanın dinindən və millətindən asılı olmayan xüsusiyyətdir. Bilavasitə, istər müşrik istərsə Mömin olan bir insan, əgər zinakar isə (tövbə də etməmişsə) onunla evlənmək olmaz.

Müşrik qadınla da evlənməyi Rəbbimiz xoş görməməkdə və Bəqərə surəsi 221-ci ayəsində imanlı bir kənizin və ya əsirin hər hansı müşrik qadından daha xeyirli olduğunu bildirməkdədir. Ancaq bu ayədə ifadə edilən “daha xeyirli” kəliməsi, belə bir evliliyin haramlığını deyil, bu evliliyin xoş görülmədiyini ifadə edər. Ənənə dini mənsubları isə Mömin birinin müşriklə də evlənməsini haram görmüşdür ki, onların bu fikirləri ilə biz razılaşmırıq və Quranda da bunun açıq dəlili yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6699.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.