Müsəlmanlar
Qadının kəbin kəsildiyi vaxt 3 təlaqdan birini almağa ixtiyarı var?

Qadının kəbin kəsildiyi vaxt 3 təlaqdan birini almağa ixtiyarı var?

Sual: Qadının kəbin kəsildiyi vaxt 3 təlaqdan birini almağa ixtiyarı var? Belə bir şey praktiki olaraq mümkündür?

Cavab: Fiqh kitablarında qeyd edilir ki, qadına kişi boşamaq hüququ verə bilər. Lakin Quran bunu qəbul etmir. Məzhəblər qadının iftida hüququnu necə deyərlər, əlindən almış və səlahiyyətləri olmadığı halda ona belə bir icazə vermişlər. Qurana əsasən təlaq kişinin, iftida isə qadının hüququdur. Bu haqlardan biri digərinə keçmir. Başqa sözlə desək, qadına kəbin kəsildiyi vaxt təlaq haqqı verilibsə və qadın bu haqqdan istifadə edərək ərindən ayrılıbsa, bu boşama etibarsız hesab olunur.

Qadının təlaq deyil, iftida hüququ var. Əgər qadın artıq ərindən ayrılmaq qərarına gəlibsə, bu vəziyyəti səlahiyyətli orqana bildirməlidir. Səlahiyyətli orqan bunu düzgün bir qərar kimi başa düşüb qəbul etsə, qadına iftida hüququ verir. Bu halda qadın ərindən aldığı mehri qaytarmaqla ondan ayrılır.

Bu məsələ ilə əlaqədar geniş məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür:

http://www.muselmanlar.com/arasdirmalar/152.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.