Döyüşün Qanuni Səbəbləri
Giriş
“Sizin xoşunuza gəlməsə də, döyüşmək sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.” (Bəqərə, 2/216)
Uca Yaradan, Qurani Kərimdə hazırlıq mərhələsindən icrasına, ələ keçirilən əsirlərə davranış və qənimətin paylanması qədər döyüşün bütün beynəlxalq qaydalarını göstərmişdir. Bu məqalədə, ayələrdən hərəkətlə bu qaydalara təmas ediləcəkdir:
Müharibənin Qaçınılmazlığı
Rəbbimiz, dünya həyatında bizi ağır imtahanlardan keçirəcəyini bildirməktədir:
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْاَمْوَالِ وَالْاَنْفُسِ وَالثَّمَرَاتِۜ وَبَشِّرِ الصَّابِر۪ينَۙ
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.” (Bəqərə, 2/155.)
Can, mal və qorxu ilə sınanacağımız bu imtahanda müvəffəqiyyət, Rəbbimizin səbr dediyi şeyə nail olmaqla yəni, şərtlər nə olur-olsun həmişə doğru istiqamətdə qalmaqla əldə edilir. Bu əsnada ortaya çıxan neqativ hallarla Allahın əmr etdiyi qaydada mübarizə aparma fəaliyyətinə, cəhdinə də cihad deyilməkdədir. Məhz, müharibə də bu neqativ hallarla mübarizənin yəni cihadın yönlərindən biridir. Hətta içərisində döyüşün də olduğu cihad, Rəbbimiz tərəfindən bir bağışlanma və həm də dünya və axirət həyatında qazanclı bir ticarət mövzusu kimi təqdim edilmiş, bu ticarətdən əldə edilən qazanc da “böyük müvəffəqiyyət” olaraq adlandırılmışdır:
“Ey iman gətirənlər! Sizə acılı əzabdan xilas edəcək bir ticarət göstərimmi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. O sizin günahlarınızı bağışlayar və sizi altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri müjdələ.” (Saff 61/10-13)
Belə bir ticarəttən Tövrat və İncildə də bəhs edilməkdədir:
“Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Allah yolunda vuruşurlar; öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.” (Tövbə 9/111)
Müasir dövrümüzdə yeridilməyə çalışılan həqiqətdən uzaq, xəyali fikirlər, məsnədsiz və emosional sloqanların əksinə dünya həyatında həmişə barışın hakim olması mümkün deyildir. İnsanoğlu, mənfəətinə düşkün və dünya həyatını axirətinə dəyişən bir varlıq olduğu üçün aralarında mənfəət mübarizəsinin yaşanması qaçınılmazdır. Bilavasitə bu dünya, hər cür pisliyin işlənəcəyi və hər cür cinayətin törənə biləcəyi tək yerdir. Axirətdə insana belə bir imkan və azadlıq tanınmayacaqdır. Qısacası, müharibə hər dövrdə insanlığın gündəliyində olmuş və olmağa da davam edəcəkdir. Elə bu səbəblərdən ötrü, həyatın bir parçası olan müharibəni vacib edən şərtlər də Rəbbimiz tərəfindən Quranda bildirilmişdir. Hətta bu şərtlər meydana gələndə döyüşmək, Allahın bir əmri yəni, fərzdir. Bu haqda:
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə 2/190)
Quranda müharibəni zəruri və hətta vacib edən halları dörd başlıq altında sıralaya bilərik:
- Üç qırmızı xətti aşmaq
Quranda müharibəni zəruri edəcək olan üç hal, Mümtəhinə surəsində sıralanmışdır. Bunlar əslində insanlıq tarixi boyu hər kəs tərəfindən bilinən və qəbul edilən beynəlxalq pozuntu hallarıdır. Əlaqədar ayə belədir:
“Allah sizə, sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə yoldaşlıq etməyinizi qadağan edər. Onlarla yoldaşlıq edənlər əsl zalımlardır!” (Mumtəhinə, 9)
Bu ayələrə görə yaxınlıq, dostluq göstərilməsi qadağan edilənlər yəni, fiziki müdaxiləyə layiq görülənlər; insanların din hürriyyətinə, öz torpağında yaşamasına mane olanlar və mane olmağa köməklik göstərənlərdir. Bu cür maneə yaradanların dini, milləti mövzubəhs edilməmiş, belələri ilə əlaqələrimizi müəyyənləşdirməkdə din şərti irəli sürülməmişdir. Müsəlman da olsalar, bizə bu cür davrananlarla müharibə etmək lazımdır.
2. Əzilənlərin/Zülmə məruz qalanların dəvəti
Quranda döyüşməyi vacib edən hallardan biri də zülmə məruz qalmış və güçsüz buraxılmış cəmiyyətlərin varlığıdır. Bu insanların müsəlman olmaq şərtləri yoxdur. Zülmə məruz qalmış insanları qurtarmaq üçün döyüşmək, Allah yolunda döyüşmək üçün dəyərləndirilməkdədir:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruş-mursunuz? (Nisə 4/75)
Hətta zülm edən tərəf möminlərdən olsa belə, Allah onlara qarşı döyüşməyin şərt olduğunu bildirir:
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə Allahın əmrinə qayıdanadək, vuruşun. Əgər qayıtsalar, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. (Hucurat 49/9)
3. Müqaviləni pozmaq və Xəyanət
Daha əvvəl özləri ilə sülh sazişi bağlamış bir cəmiyyətin bu müqaviləni pozaraq, xəyanət edəcəklərini dəqiq şəkildə bilmək də Quranda barışı təxirə salan bir hal olaraq qarşımıza çıxmaqdadır. Bu vəziyyəti ifadə edən ayə belədir:
“Əgər bir qövmün (əhdi pozub) xəyanət etməsindən qorxsan, sən də onlara onu pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevmir.” (Ənfal 8/58)
Barış müqaviləsinin pozulacağına dair halların ortaya çıxması belə müharibə səbəbi olaraq görüləcəyi Quranda belə ifadə edilir:
“Məgər siz andlarını pozan və elçini (öz yurdundan) qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.” (Tövbə 9/13)
Belə ki, Mədinədə müsəlmanlarla aralarında sülh müqaviləsi olan Yəhudilərdən Qüreyza oğulları, Xəndək döyüşündə müsəlmanlara xəyanət edərək, düşmən tərəfinə keçmiş, nəticədə müsəmanlar da onlarla döyüşmüşlər:
“Allah, Kitab əhlindən düşmənə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.” (Əhzab 33/26)
Görüldüyü kimi, şərtlər meydana çıxdığı zaman müharibə bir zərurət hətta Allahın bir əmridir. Çünki, insanların dinlərini layiqi şəkildə icra etməkləri və olduqları yerdə güvənlə yaşama hürrriyyətlərinin əlindən alınması, qəbul ediləcək bir hal olmadığı kimi bütün bunlara izləyici kmi baxmaqları da qəbuledilməzdir. Mühüm olan, müharibənin Allah yolunda edilməsi, yəni Allahın qanuni saydığı şərtlər ortaya çıxandan sonra başlanmasıdır.
Müharibəyə Hazırlıq
Müharibəyə hazırlığın ilk şərti; cəmiyyətin inancını, mətanətini, birliyini və bir-birinə olan güvənini saxlamaqdır. Əgər bir cəmiyyət və ya bir ordu buna hazır olmadan müharibəyə girərsə, məğlubiyyət qaçınılmaz olur. Ona görə də Allah kitabında:
“Ey iman gətirənlər! bir ordu ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız. Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir.” (Ənfal 8/45-46)
Qanuni səbəblər ortaya çıxıb müharibə qaçınılmaz olduğu zaman ölmək ya da həyatda qalmaq arasında incə bir xəttə ən yaxın nöqtədə olan insan, fitrəti ecabı hər hazırlığı görmək, hər fürsəti dəyərləndirmək təmayülündə olur. Özünü qorumaq və qarşısındakını təsirsiz hala gətirmək üçün Allahın ona təqdim etdiyi imkanları istifadə edir. Sərtliyinə və faydalarına işarət edilən dəmirin Allah tərəfindən nazil olduğunun bildirilməsi, Hədid surəsinin 25-ci ayəsi bu yönüylə diqqət çəkicidir. Belə ki, Davud (ə.s.)-ın döyüşdə qorunmaq üçün bu maddədən zireh düzəltdiyini xəbər verir. Ənfal surəsinin 60-cı ayəsi döyüş üçün hazırlıq görməyin müsəlman cəmiyyət üçün bir məcburiyyət olduğunu göstərir:
“Siz də onlara qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.” (Ənfal 8/60)
Quran, sayca özlərindən çox olanları məğlub edən cəmiyyətlərə işarə etməklə birlikdə , döyüş öncəsi güc tarazlıqlarının da əhəmiyyətinə diqqət çəkmişdir.[1] Bu güc tarazlığında avantajı əldə tutmaq üçün həmişə əsgər gücünün davamlı tərəqqisi və yenilənməsi lazımdır.
Şərtlər meydana gələndə müharibənin məcburi olduğu və icrasının əhəmiyyətinə dair ictimaiyyəti məlumatlandırmağın da lazım olduğunu başa düşürük. Peyğəmbərin şəxsində hamımıza verilən əmr, müsəlman cəmiyyətin bəzi hallarda ən gözəl nəticənin müharibə ilə əldə ediləcəyinə dair düşüncə tərzinə hazır olmağımızı göstərməkdədir:
“Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbrli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbrli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.” (Ənfal 8/65)
Digər yandan istihbarat toplamaq, doğru yerdə qərar tutmaq, planlar, ittifaqlar qurmaq, psixoloji təsir, bəzi məlumatların lazım olanda gizli tutulması və hər cür dəstək fəaliyyətlərində olmaq kimi bir çox ön hazırlığın müharibədə nə qədər mühüm olduğunu ayələrdən həm də peyğəmbərimizin nümunəvi davranışlarında görməkdəyik.
Müharibədə lazım olan bütün hazırlıqlar görüldükdən sonra Allahın yardımı da gəlincə, artıq heç bir ordu möminlərə qalib gələ bilməz. Bu Allahın müjdəsidir. Möminlərin Allahın bütün hökmlərində olduğu kimi buna da ürəkdən inanmaları bə bu şüurda Allah yolunda döyüşmələri lazımdır.
Müharibənin nəticələri
Müharibədə şəhid olanlar üçün verilən bu ilahi müjdə, müharibədə yaxınlarını itirənlər üçün misilsiz bir başsağlığıdır:
“Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.” (Əli İmran 3/169)
Müharibədə öldürülməyib, yara alan qazilər barəsində isə sonrakı ayədə Allahın lütfünün onlar üçün də əsirgənmədiyi göstərilməkdədir:
“Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və (Allahdan) qorxanlar üçün böyük bir mükafat vardır.” (Əli İmran 3/172)
Müharibənin nəticələri qalibiyyət olabiləcəyi kimi məğlubiyyət də ola bilər. Məğlub olma halında bunun səbəbləri aşkarlanır, dərs çıxarılır və eyni halın təkrarlanmaması üçün tədbirlər alınır ki, belə bir dəyərləndirmə əslində müharibədə böyük bir təcrübə və qazanc saxlamış olur.
Əsirlərə qarşı davranış
Müharibədə ələ keçirilən əsirlərə gəlincə, Muhəmməd surəsinin 4-cü ayəsində onların ya qarşılıqsız sərbəst buraxılmaları ya da bir bədəl qarşılığında sərbəst buraxılmaları əmr olunmaqdadır.
Belə bir əmr eyni zamanda müsəlmanlara əsir düşən insanların yaşama qarantisini saxlamış olur. Buradan da öz növbəsində, insana verilən həyat haqqının tanınmasına Rəbbimizin nə qədər əhəmiyyət verdiyi görülməkdədir. Əlaqədar ayə belədir:
“Döyüşdə kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin…” (Muhəmməd 47/4)
Müharibədə əldə ediləcək qənimətin paylanması da müharibə bitdikdən sonra icra ediləcək vəzifələrdən biridir. Buradan əldə edilən qənimətlərin 5/1-i cəmiyyətdəki ehtiyac sahiblərinə paylanması lazım olduğu bildirilməkdədir.[2]
Nəticə olaraq, İnsan təbiətinə xoş gəlməsə də müharibə həyatın bir parçasıdır. Allah, həyatın hər anına müdaxilə etdiyi üçün müharibəyə dair beynəlxalq qaydaları müəyyən etmişdir.
Bu araşdırma, ümumi çərçivədə ələ alınmış və mövzunu dərin bir şəkildə incələmək istəyənlər üçün bir onurğa sütun mahiyyətindədir. Siyasətçilər, sosioloqlar, hərbiçilər və cəmiyyətin hər sahədəki mütəxəssisləri, bu araşdırmamızda mövzubəhs etdiyimiz ayələri oxuyub, mövzu ilə əlaqəli hikmətləri əldə etməli və insanlığa xidmət etməlidirlər.
Hazırlayanlar: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyət üzvü: Dr. Fatih Orum, Dr. Yəhya Şenol, Ərdəm Uygan və Vədat Yılmaz.
[1] Bax: Ənfal 8/65-66.
[2] Bax: Ənfal 8/41.