Müsəlmanlar

Bir dövlətin və ya bir xalqın müvəffəqiyyəti nə ilə əldə edilir?

Cavab: Bir dövlətin və ya bir cəmiyyətin müvəffəq olması; doğru görüşlərin onlara hakim olması və dövlətlə xalq arasında güçlü bir bağın varlığıyla mümkündür. Doğru görüş, insanların inanclarına müvafiq həyat tərzi sürməsini təmin edəcəkdir. Belə bir inanca və belə bir bağa sahib olan cəmiyyətdə güclü bir inanc və sarsılmaz bir duruş ortaya çıxacaqdır.

Təəssüf ki, nüfuzlu və səlahiyyətli bir çox insanlar doğruların deyil, gücün hakim olmasını daha önəmli hesab edirlər. Bu da nəticədə zülmə və haqsızlıqlara yol açır. Doğruların yerinə gücün hakimiyyətini dəstəkləyənlər əslində insanların özlərinə qul olmasını istəmiş olurlar. Onlardan bəziləri bu xüsusda maddi imkanlarından, bəziləri dövlətin verdiyi səlahiyyətlərdən, bəziləri də dindən istifadə edirlər. Bu səbəbdən hüquq və azadlıqlar mövzusu tarix boyunca bəşəriyyətin ən mühüm müzakirə mövzusu olmuşdur. Azadlıq mübarizəsi adı altında meydana atılan necə insanların özləri nüfuz və səlahiyyət sahibi olduqdan sonra özləri başqalarının haqq və hüquqlarını əllərindən alma istiqamətində bir siyasət apardıqlarını görməkdəyik.

Bu səbəblə dövlətlə xalq bir-birilərinin haqq və hüquqlarını qoruyub birlikdə güclənməlidir ki, başqa dövlətlər və xalqlar, onların haqlarını qəsb edib məğlub eləməsin.

Daha geniş məlumat əldə etmək istəyənlər “Din və Dövlət münasibətləri” kitabımızın PDF formatına baxa bilərlər: https://www.muselmanlar.com/kitablar/5823.html

Yeni məlumatları: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.