Müsəlmanlar

Quranda “elm verilənlər” kəliməsindən kimlər qəsd edilir?

Cavab: Dünyada var olan, yəni, Allahın yaratdığı şeyləri layiqi şəkildə olduğu kimi dəyərləndirən və onlardan layiqi şəkildə istifadə edən və nəyin hansı məqsədlər üçün yaradıldığını, nəyə xidmət etdiyini yaxşı bilən insana alim deyilir.

Eynilə Quranın da Allahdan gəldiyinə inananları, itaət edənləri və onu yaxşı idrak edib, Allahın qoyduğu qaydayla/metodla ondan istifadə edənləri “utul-ilm/elm verilənlər” deyə, vəsfləndirməsi bu səbəblədir:

De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır” (İsra, 17/107).

Bir başqa ayədə:

“Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mütəşabih (oxşarlığı olan) ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mütəşabihə (oxşar olanlar) ardınca düşərlər. Onun təvilini (arasındaki bağı) isə ancaq Allah bilir. (Kitabdaki) elmi qavramış olanlar isə deyərlər: “Biz hamısına iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq sağlam idrak sahibləri dərk edərlər.” (Əli-İmran, 3/7).

Sualınız: “Süleymaniyə Elmi-Araşdırma Vəqfi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/473.html

http://www.muselmanlar.com/fitvalar/2046.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.