Vergi miqdarlarının həddən artıq olduğunu bilirsiz. Bu səbəblə dövlətin bu haqsız vergisindən yayınmaq olarmı?
Cavab: Təəssüf ki, ölkəmizdə yürürlükdə olan qanunlar kapitalist sistemi qanunlarıdır. Kapitalist sistem də ancaq zənginlərə xidmət edir. Belə bir sistem daim çalışan, istehsalçı şəxslərin sayısını azaldır və xalqı iqtisadiyyatdan xaric edərək, özünə qulluğa yönəldir.
Xalqın hər təbəqəsindən, istəyir zəngin istəyir fağır olsun, sahib olduqları hər şeydən vergi alırlar.
Bu sistemin ən üst təbəqəsində olan zənginlər isə heç vergi verməzlər. Hətta dövlətin yardım fəaliyyətlərinin çoxunu bu zənginlər mənimsəyir. Bu səbəblə belə sistemlərdə kriz heç bir zaman bitməz. İnsanların böyük əksəriyyəti bu zənginlərin əmri altına girər və hətta dövlətin özü belə bu cür zənginlərin əmri altına düşər. Çünki, dövlətin ehtiyac duyduğu şey ancaq onlarda vardır.
İslami sistem isə bundan fərqli olaraq, insanları istehsala və iqtisadiyyatı gücləndirməyə yönləndirir. Xüsusilə zənginlərdən alınan zəkatla ehtiyac sahiblərinin əsas ehtiyaclarını təmin etməklə onlar, cəmiyyətdə hər hansı bir fəaliyyətə təşviq edilir. İslamda fağırların qazancından, malından vergi alınmaz. Zənginlərdən alınır fağırlara verilir. Lakin kapitalist sistemdə tam tərsinə, fağırlardan alınaraq zənginlərə verilir.
Bizim dövlətdən və ya hər hansı şirkətdən aldığımız və istifadə etdiyimiz şeylərin əlbəttə vergisini verəcəyik. Lakin sahib olduğumuz və bizə aid olan əsas ehtiyaclarımızdan zəngin olmadığımız halda vergi alınması böyük bir zülümdür.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
İslam iqtisadiyyatı barədə əsas məlumatı bu video dərsdən ala bilərsiz:
http://www.muselmanlar.com/elanlar-xeberler/6576.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.