Müsəlmanlar

Allah dilədiyinə hidayəti dilədiyinə də zəlaləti verir?

Cavab: Əsrlərdir İslam aləminin din xadimləri, müşriklərin bu sözlərini dəstəkləyəcək mahiyyətdə bir qədər anlayışı sərgiləmişlər. Ayələri də bu müstəvidə məallandırmışlar. Buna nümunə üçün bir neçə ayəni misal göstərəcəyik. Məsələn:

وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَلَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَعْمَلُونَ

Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız. (Nəhl, 16/93)

Tərcüməyə fikir verin və cümlələr bir-birinə necə tərs olduğunu görün: “Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Bundan sonra da: Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.” Bunu ağlı başında oxuyan bir insan soruşmazmı ki; “Əgər istədiyini azdıran, istədiyini də yola gətirən Allahdırsa, o zaman biz nəyə görə sorğu-suala tutuluruq?”

Ənənə dini mənsubları, Əməvilərdən və müşriklərdən aldığı qədər anlayışını yenidən bərpa etmək üçün ayədə ifadə edilən bir tək “شَاءَ = şaə” kəliməsinə “istədiyi” mənasını verməklə istədikləri nəticəni əldə edə bilmişlər. Halbuki bu ““شَاءَ = şaə” kəliməsinin həqiqi mənası “bir şey etmək, seçmək” mənasına gəlir. Yəni, ayənin həqiqi mənası:

Əgər seçimi Allah etsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, azğınlığı seçənə azğınlığı, doğru yolu seçənə da doğrunu verir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız. (Nəhl, 16/93)

Bunun kimi İbrahim surəsinin 4-cü ayəsinə də eyni məalı vermişlər: “Allah dilədiyini azdırır, dilədiyini də yola gətirir. Çünki O güclüdür; hikmət sahibidir.”

Bu ayənin də həqiqi mənası: Lakin O, azğınlığı seçənə azğınlığı, doğru yolu seçənə da doğrunu verir. O güclüdür; hikmət sahibidir.”

Məzhəb alimlərinin əksəriyyəti, mənasını təhrif etdiyi ayələrə dəstək üçün bir çox uydurma hədis də əlavə edərlər. Məsələn: Yaxşı insan anasının qarnında ikən yaxşı, pis insan anasının qarnında ikən pisdi.”[1] və ya: “Allah bir insanın qədərini anasının qarnında ikən, ona ruh üflədiyi vaxt yazar. Əgər Allah birini cəhənnəmlik yazmışsa, yaşadığı müddətcə yaxşılıq etsə, ömrünün axırında bir pislik edər və cəhənnəmə gedər.”[2]

Hədislərə görə, bir insanın qədərini Allah ana qarnında “cəhənnəmə gedəcək”, deyə yazmışsa nə edir etsin, nəticədə cəhənnəmə gedəcəkdir. Beləliklə, İslam aləminə yerləşdirilən qədər anlayışı əslində müşriklərin Qurani Kərmdə dilə gətirdikləri etirazları dəstəkləməkdədir. Belə ki, onlar deyirdilər:

“Müşriklər: “Allah əmr etsəydi, nə biz nə də dədələrimiz şərik qoşardıq; heç bir şeyi də haram etməzdik…” (Ənam, 6/148)

Bir digər ayədə:

“Onlar bir pislik elədiklərində,” Dədələrimizi bunu edərkən gördük. Allah da bizə bunu əmr etdi.” deyərlər. De ki: “Allah pisliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyləri deyirsizmi?” (Araf 28)

Nəticə etibarilə; Məzhəblərə və xüsusilə əhli-Sünnət din mənsublarına yeridilən bu qədər anlayışı Məcusilərin və Müşriklərin qədər anlayışına bənzəməkdədir.

Qəza və qədər haqqında daha geniş məlumatı aşağıdakı video dərsdən ala bilərsiniz:

http://www.muselmanlar.com/elanlar-xeberler/7316.html

http://www.muselmanlar.com/elanlar-xeberler/7321.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Suyuti, əl-Fəthul Kəbir, 2/171.

[2] Bu rəvayət, əhli-Sünnətin səhih saydığı bütün mənbələrdə yer alır.