Sual: Allah Təalanın ərşə istiva etməsi nə deməkdir?
Cavab: Quran Ərəb xalqının dilində nazil olub. Allah Təala Quranda bu barədə belə deyir:
“Biz hər elçini (peyğəmbəri) öz cəmiyyətinin dili ilə göndərdik ki, onlara yaxşı-yaxşı izah etsin” (İbrahim, 14/4).
O cümlədən “Rəhman (Allah) ərşə istiva etdi” cümləsi də eynilə, xalq cümləsidir. Bununla kainatın idarəsinin Allahın əlində olduğu bildirilir.
Ayədə keçən “Ərş” sözü xalq arasında işlədilən dildə səltənət kürsüsü, ərşə istiva etdi ifadəsi isə idarənin başına keçdi mənasını verir.
Türk dilində də bu kimi ifadələr işlədilir. Məsələn, padşah taxta çıxdı, filankəs prezidentlik kreslosunda oturdu kimi ifadələr. Bunların mənası o şəxsin həmin mövqeyə gəlməsi deməkdir.
Oxşar sual-cavab üçün aşağıdakı linkə baxın:
https://www.muselmanlar.com/fitvalar/7223.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.