Müsəlmanlar

Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər?

Sual: Bir gəlin qayınatasının yanında başı açıq (hicabsız) gəzə bilər?

Cavab: Müsəlman bir qadın özünə dini cəhətdən yad olan kişilərin yanında başını örtülü saxlamalıdır. Qadınların arasında və ya evdə atasının, qardaşlarının, əmi və dayısının, eləcə də qayınatasının yanında başını örtmək məcburiyyətində deyil.

Ənənəmizdə hörmət əlaməti olaraq gəlinlərimiz onların yanında da başlarını örtürlər. Bunun dini yöndən bir qəbahəti yoxdur, şəxsi seçimidir, lakin bunda məcburiyyət olmamalıdır, istərsə açar istərsə bağlayar.

Allah Təala Nur surəsinin 31-ci ayəsində belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Qadın Quran oxuduğu vaxt başını örtməlidir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.