Sual: Belə deyilir ki, həcc qapının ağzındadır. Bu sözün dini cəhətdən mənası nədir?
Bu söz: “Kömək etməyə adam tapmıram”, ya da: ”Ən çox savabı olan kömək kimə edilə bilər?”, – deyən adamlar üçün deyilmiş bir sözdür. Yəni, bu söz deyilərkən təxminən belə bir şey nəzərdə tutulur: “Sən köməklik göstərmək üçün uzaqdakı adamları axtarmalı deyilsən; sən elə öz qohum-əqrəba, qonum-qonşu və tanış-bilişlərinə, sənin yanına köməyə gəlmiş adamlara kömək etsən, umduğun savaba çatarsan”.
Lakin burada qeyd etmək lazımdır ki, bu sözün vacib olan həcclə bir əlaqəsi yoxdur. Həccə getməyə imkanı olan şəxslərin gördükləri heç bir xeyirxah əməl həccin yerini verməz. Belə şəxslər mütləq həccə getməlidirlər.